Karantinlə bağlı mühüm açıqlama

7-01-2021, 10:54

"Sərtləşdirilmiş karantin rejiminin müddəti 18 yanvardan sonra uzadılmaya bilər".

Bunu Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, buna qarşıdakı 1 həftədən sonra qərar veriləcək.

Millət vəkili bildirib ki, koronavirusla mübarizə artıq dünyada sonuncu mərhələdədir. Yəni vaksinasiya prosesi başlayıb və bununla da bu xəstəlik bütün dünyada dövri bir xəstəlik kimi qala bilər.

Musa Quliyev könüllü əsasda dövlət tərəfindən pulsuz həyata keçiriləcək vaksinasiya prosesinə özəl sektorun da cəlb olunmasını təklif edir. Yəni bu işlə məşğul olacaq şirkətlər təsdiqlənmiş digər vaksinləri də gətirib, könüllü şəkildə istəyənlərə vura bilsin

Deputat hesab edir ki, həm insanlara, həm də özəl sektora bu imkan yaradılacaq.


İstifadəçi paneli