Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması respublikanın suverenliyinin yeganə real təminatıdır.
İDEAL-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanan “Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan” adlı hesabatı şərh edən bəyanatında bildirib.
Qeyd edilib ki, təhlükəsizlik təklifləri sağlam düşüncəyə tamamilə ziddir: “102-ci hərbi bazanın və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real təminatıdır. Onların geri çəkilməsinin respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bu gün bizi mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edərkən, Qərb bunun müqabilində konkret heç nə təklif etmir”.