Oxşar xəbərlər
Türkiyə Müdafiə Nazirliyindən Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünə təbrik
Türkiyə Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə təbrik ünvanlayıb.
Asmedia.az xəbər verir ki, nazirlik bu münasibətlə rəsmi "Facebook" hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub:
"Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümü mübarək olsun!
Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı üçün gecə-gündüz çalışan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq.
Bir millət, iki dövlət şüarı ilə, biz həmişə bir ürək, bir yumruq olmağa davam edəcəyik!"
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci il iyunun 26-da yaradılıb və hər il bu tarix ölkədə Silahlı Qüvvələr Günü kimi qeyd olunur.