"İdeal" qəzetinin redaksiyası işğal edildi.

Bu gün, 00:46

COP29 hazırlıq ərəfəsində işğala-istilaya məruz qalmış obyektlərdən biri də 1998-ci ildən fəaliyyətə başlamış, ölkənin ictimai-siyasi hüquq sferasında möhürünü vurmuş “İdeal” qəzetinin redaksiyasıdır.

Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 25/21 ünvanında yerləşən “İdeal” redaksiyasının direktoru Nazim Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdır.

Müraciətdə deyilir:

“Erməni vandalizminin iyrənc sifətləri paytaxt Bakıda, Xətai rayonu, Yusif Səfərov küçəsi 25/21 ünvanında — “İdeal” ictimai-siyasi hüquq qəzetinin redaksiyasında 2024-cü ilin iyun ayında ənənəvi görünməsinə baxmayaraq istila, işğal və oğurluq faktlarına bu günə kimi hüquqi qiymət verilməməsi diskriminasiyasının tragikazus qaydalarındandır.

Bilinsin ki, Xətai rayonu, Yusif Səfərov küçəsi 25, mənzil 21 ünvanında yerləşən əmlak 2000-ci ildən etibarən qeyri-yaşayış sahəsi (obyekt) olaraq qeydə alınmışdır.

Əmlak çıxarışında əsas sahə 34,5 kv.m göstərilsə də, əlavə sahələrlə birlikdə (zirzəmi istisna olmaqla) 50 kv.m-dən çox olmuşdur və bu sahədən səmərəli istifadə etmişik.

22 aprel 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsində saat 11:00-a (hakim: Günay Axundova) təyin edilmiş məhkəmə prosesində iştirakıma imkan verilməyərək idarəyə gətirilmişəm və 23 aprel 2024-cü il tarixdə Nərimanov Rayon Məhkəməsinin (hakim: Gültəkin Əsədova) qərarı ilə barəmdə həbs qətimkan tədbiri seçilmişdir. Həbs edilərkən redaksiyanın açarları üzərimdə olduğundan, BMCMİ-nin əməkdaşları avtomobilimdə və üzərimdə olan bütün əşyaları götürmüşlər.

2024-cü ilin iyun ayında yaxınlarım müşahidə etmək üçün “İdeal” qəzetinin redaksiyasına gedərkən tragikazus mənzərənin şahidi olurlar. Redaksiya mənim və yaxınlarımın xəbəri və razılığı olmadan yerlə yeksan edilərək, içərisindəki 50.000 (əlli min) manatdan artıq texniki avadanlıqlar, qiymətli əşyalar və sənədlər oğurlanmış, məhv edilmişdir. Bu cür tragik mənzərəni yalnız erməni vandallarının 26 fevral 1992-ci il tarixli Xocalı faciəsi ilə müqayisə etmək olar.

İnsanlığa və fundamental konstitusion hüquqlarıma qarşı universal ssenari üzrə törədilmiş cinayət faktı Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun icraatında baxılmaqdadır.

Ədalətin bərqərar olunacağı ünvanın işğalçılar tərəfindən ənənəvi xəyanət yuvasına çevrilməməsi naminə məhkəmə prosesini şəxsi nəzarətdə saxlamaqla ali iradə sərgiləməyi Sizdən xahiş edirəm.”


İstifadəçi paneli