17 saylı C.Ç.M-in rəisi Şəfayət Abbasovun öz qanunu, öz taxtı, öz ampulası var.
Müəssisədə cəza çəkən şəxslərin böyük hissəsi qanun adı altında zülm çəksələr də, 5-ci dəstənin sakinləri, xüsusilə keçmiş KİVDF-in icraçı direktoru Vüqar Səfərli sözün tam mənasında kef çəkir. Baldızına, katibəsinə, xalası qızlarına jurnalistlərə məxsus olan evləri pay etmiş Vüqarın çarpayısı 3 nəfərlikdir.
Rejim qaydalarından kənar yaşayan Vüqar eyni zamanda rəis Şəfayətin mediadakı qoruyucusudur.
Şəfayətin imtiyaz verdiyi şəxslərdən biri də Abdullayev Ata Eldar oğludur. Ata bu günə kimi müəssisənin tibb-sanitar hissəsində kef çəkir. Bütün gününü Şəfayətlə keçirən Ataya verilmiş geniş imtiyazın ünvanı anası Şeylaya bağlanır.
İddia olunur ki, Şeyla Yusifova Şəfayətlə yanaşı, baş idarədə işləyən şöbə rəislərindən bir neçəsinin ehtiyaclarını təmin etdiyinə görə, onlar da Atanın sakçası olan tələbatını ödəyirlər.
Şəfayət Abbasov əvvəllər Bakı İstintaq Təcridxanasında rejim şöbəsinin rəisi vəzifəsində qızdırıcıdan pul yığarkən, 2 nəfər altıncı korpusun 64-cü kamerasından düşüb qaçdıqlarına görə vəzifəsindən çıxdaş edilsə də, sonradan gözəgörünməz rüşvət onu rəis atına mindirmişdir.