Çolaku istefa etdi, SDP koalisiyadan ayrıldı

Dünən, 22:51

Rumıniyanın Baş naziri Marçel Çolaku istefa verdiyini və rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının hakim koalisiyadan ayrıldığını açıqlayıb.

"Asmedia.az" xəbər verir ki, məlumatı “Agerpres” agentliyi yayıb.

Çolaku həmçinin vurğulayıb ki, Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunda iştirak edən namizədlərdən heç birinə açıq dəstək verməyi planlaşdırmır.


İstifadəçi paneli