İdeal Partiyasının başkanı, İdeal Media Group-un baş direktoru Azərbaycan Respublikasınınİnsan və qanun alverçisi, son dərəcə mənliksiz narkomanların təbliğat hədəfi, dövlətin strateji obyektindən 5 ulduzlu otel olaraq istifadə edən, isterik vəziyyətdə olan təqsirləndirilən şəxslərin (korrupsioner məmurlar, narkobaronlar, çirkli pulların silinməsi üzrə professionallar, üzdəniraqlar, süni puto ("ritet") genlər və s.) ciblərinə girərək tikinti maqnatına, şəbəkə obyektləri sahibinə çevrilmiş İsmayılov Elnur Nazim oğlu, hazırda Nəsimi rayonu, 28 May küçəsi 11-13 ünvanlarında yerləşən və yüksək rütbəli ədliyyə işçiləri tərəfindən idarə və himayə edilən (Pürrəngi, Qarabağ Psc, Sabripa və s.) obyektlər barəsində sosial şəbəkələrdə material gedərkən həmin materialların silinməsi üçün məndən xahiş etmiş və ardınca digər əməlləri de-şifrə edilərkən təkcə özü deyil, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları məndən xahiş etsələr də, kömək etmədiyimdən dolayı 30 aprel 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasında kabinetinə qəbul edərkən (kabinetdə Şəmkirin sabiq başçısı, hazırda ədliyyə sistemində işləyən oğlu da vardı), aramızda yaşananlarla yanaşı ifşa edilməsinin səbəbkarı kimi məni istinad edərkən, özündənmüştəbeh şəkildə Dövlət Təhlükəsizlik Xidmətinin polkovniki olduğunu ifadə etməklə yanaşı, 24.04.2024-cü il tarixdə BİT-ə daxil olarkən direktivlərin lakeyi xislətinə "Soliton" Elektroniksin müdirinin kürəkəni, Etibar Pirverdiyevin debel başçısı oğlu Cavid Güləliyev, 170 nəfərdən ibarət təsərrüfat ("Xoz") sahəsinin icarədarı Əhəd Abdiyev və başlarının dəstəsi ilə ölmüş varlıqlarını diriltməyə çalışsalar da, status-kvo Sabunçu "bit" bazarından fərqlənmirdi.
Üstü bəzək, içi təzək BİT-də həyata keçirilən Penitensiar Xidmətin annotasiyası aşağıdakı kimidir:
1. "Bit" bazarında gəlir gətirən əsas sahələrdən biri telefon satışıdır. 10 dəqiqəsi 5 manata satılan telefon biznesi hər korpus mərtəbəsi üçün 1 aylıq 5.000 manat təşkil edir. İmtiyazlı şəxslər üçün qiymət pereskurantları ehtiyac səbətlərinə uyğun tənzimlənir. Hüquqlarını bilən, lakin qazanc əldə edə bilməyəcək şəxslərin "qeydiyyat" sənədi üzərinə "nəzarət" və s. kimi simulyativ oyunlar oynanılır.
2. 2, 5, 7, 8-ci korpusların 1-ci mərtəbəsindəki kameralar adambaşı qiyməti 3.000-10.000 manat arası spekulyasiya edilməkdədir.
3. Dövlətçilik ideallarını, Prezidentimizi təhqir edənlər – "dissident feministlər"in kameralarını təmir etdirən E. İsmayılov, onun qaranlıq əməllərinin yayılmaması naminə bir hissəsini Tibbi Sanitar Hissədə, bir hissəsini Umbitdə stimullaşdırmaqdadır.
4. 1 ildir ki, E. İsmayılovun ehtiyatda olan qisas otağında (4-63) müşahidələrimə əsasən bir dəfə də olsun pesok, yağ, paraşok, sabun, yastıq-döşək üzü və s. verilməsinin şahidi olmamışam.
5. Təsərrüfat ("Xoz") sahəsi adlanan hissədə saxlanılan 168 nəfər məhkumun 68 nəfəri nökərçilik edib (bərbər, dərzi, dükan alverçisi, sovqat daşıyan, çayçı və s.) aylıq icarə haqqını ödədikləri halda, 100 nəfər kef çəkənlərin hər birindən "Xoz"un sakininə çevrilməkdən ötrü aylıq 2.000-5.000 manat, 100-500 nəfər isə məhkəmə yolu ilə azadlığa çıxmaqdan ötrü 1 ayı 500-1.000 manat yığımları Korrupsiyaya "qarşı mübarizə"nin kreativ sifətlərindəndir.
6. Görüş yeri "Bit" rəhbərinin özünü satışa çıxardığı gəlir sahələrindən birincisidir. İmtiyazlı burjuvalar və feodallar tələb etdikləri kimi bizlər də bilərəkdən və qəsdən qanun adlı bataqlıqdan, AR Konstitusiyasının 7, 12, 24, 25, 26, 31, 32, 46, 47, 50, 57, 68, 71-ci maddələrinə nəzər yetirərək, Milli və Beynəlxalq hüququn heç bir müddəasında qanunların kimisinə imtiyaz, kimisinə cəza verilməsi kimi halın olması barədə səbr etmişəm! 2009-cu ildə yaradılmış möhtəşəm kitabxanadan əsər-əlamət qalmasa da, kommunist makulaturası və nomenklaturası dəbilqəsi altında despotluq edən Elnur İsmayılov bilməlidir ki, azadlıqdan məhrum edilmiş hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var.
Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
Bu kontekstdə, Bakı İstintaq Təcridxanasında rəis İsmayılov Elnur Nazim oğlunun dövlətindən və qanundan kənar əməllərinə hüquqi qiymət verilməsi üzrə zəruri tədbirlər görməyi Sizdən xahiş edirəm.