Vasif Talıbovun səhhətində ciddi problemlər yaranıb

Dünən, 11:35

Vasif Talıbovun səhhətində problemlər yaranıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun səhhətində ciddi problemlər müşahidə olunmaqdadır.

Asmedia.az xəbər verir ki, bu barədə Yenisabah.az-a sabiq sədrin yaxın qohumlarından biri məlumat verib. Onun sözlərinə görə, Talıbovun səhhətindəki narahatlıqlar son aylarda daha da qabarıq şəkildə üzə çıxıb. Ötən həftə isə vəziyyətin kəskin şəkildə pisləşdiyi bildirilir.

Şəxsi həkimi tərəfindən ev şəraitində müayinə olunan Talıbova xəstəxana müalicəsinin vacib olduğu bildirilib. Lakin Vasif Talıbov Naxçıvanda fəaliyyət göstərən tibb müəssisələrində müalicə olunmaqdan imtina edib.

Qohumunun sözlərinə görə, sabiq sədr müalicəsini xaricdə davam etdirmək istəsə də, bu niyyətini gerçəkləşdirə bilməyib. Bakı onun ölkədən çıxışına icazə verməyib.

Xatırladaq ki, Vasif Talıbov 21 dekabr 2022-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Həmin vaxtdan etibarən o, Naxçıvandakı mülkünə çəkilərək, ictimai həyatdan tamamilə uzaqlaşıb. Bildirilir ki, keçmiş rəhbər yaxın qohumlarının belə xeyir-şər məclislərində iştirak etmir.


İstifadəçi paneli