Nazim Quliyev prezidentə müraciət etdi

Bu gün, 00:10

Siyasi sifarişli, qondarma və saxta iftiraları, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın məzun olduğu 23 saylı tam orta məktəbin inzibati binasının ikinci mərtəbəsini kriminal ofisə çevirib, ittiham aktı (241900264) ilə cinayət törətdiyi iftira edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov tərəfindən (iş nömrə 1(101)-622/225) hüquqi pretsedent təsdiq etməklə 8 il müddətinə azadlığı oğurlanmış İdeal Partiyasının başqanı, İdealmedia Qrupunun qurucusu Nazim Quliyev, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:  

Möhtərəm cənab Prezident!        

    Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın məzun olduğu və hazırda himayədarlıq etdiyi 23 saylı orta məktəbin inzibati binasının 2-ci mərtəbəsini öz mənfur və qaranlıq cinayətlərinin mərkəzi bazasına çevirmiş Daxili İşlər nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə (bundan sonra- DİN-yi BMCM-si) idarəsinin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı Ramil Məmmədovun tərtib etdiyi "241900264" nömrəli cinayət işində bildirilir: "2020-ci ilin dekabr ayının sonunda istintaqa məlum olmayan dəqiq tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 16 ünvanında yerləşən 23 saylı orta məktəbin 2-ci mərtəbəsində əyləşirdi və orada OFİS tutmuşdu. Orta məktəbin inzibati binasında 42.000 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyacları üçün sərf etməklə zərərçəkmiş şəxs Şirinov Sülfəddin Əli oğluna məxsus xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir."

   Sabunçu rayonu 86 nömrəli uşaq bağçasında məskunlaşmış, maddi ehtiyaclarını çəkməçilik etməklə ödəyən Zəngilan rayon sakinləri Sülfəddin Şirinov və onun Xocavənd rayon 3 saylı orta məktəbdə xadimə işləyən həyat yoldaşı Şirinova Rahilə Bəhlivar qızı iftiranamə aktına ("ittiham aktı") notariat xidməti göstərəcək. ədalətin bərqərar olunacağı ünvanı saxta və qanunsuz əməllərilə xəyanət yuvasına çevirəcək, dövlətçilik ideallarını. insan haqlarını şəxsi korporativ maraqlarına fəda edəcək Bakı Ağır Cinayətlər Məhkəməsinin "hakimi" Hüseynov Cavid İbaddula oğlunun adına 4 dəfə teleqram vuraraq bildirmişlər. 

(Məhkəmə iclas protokolu, səhifə 135);

  "Banditizm idarəsinə bizi aparıb şərt kəsdilər. Nazim Quliyevə qarşı dediklərimizi yazmalısınız, yada ki. həbsxanadakı övladın Xətai Şirinovu bir daha görməyəcəksiniz. Reallıqda isə Nazim Quliyev bizə qarşı deyil, həmişə ona arxalanmışıq, maddi və mənəvi dayağımız olmuşdur. Heç bir şikayətimiz və tələbimiz olmayıb və  gələcəkdədə olmayacaq."

2. Geniş hakimiyyət resurslarından istifadə etməklə qırmızı xətti belə qara mazuta bürəmiş DİN-yi, BMCM-si məni öz çirkin niyyətlərinin qurbanına çevirməkdən ötrü, heç bir hədd və sədd gözləmədən son dərəcə əxlaqsız, sahibsiz, fərarilərin arxasına arxa olaraq 02.11.2021-ci il tarixli, №2(006)-4499/2021 saylı, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qanuni qüvvəsini almış "qətnamə"si (Hakim-Tağıyev Ceyhun Əlikram oğlu) nin mövcudluğuna baxmayaraq, yararsız-fərari Cavadov Ramin Zarif oğlundan təkrarən istifadə edərək, bilə-bilə saxta iftira krujevaları düzəldərək Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əsədova Gültəkin Akif qızının lakeyliyindən istifadə edərək 23 Aprel 2024-cü il tarixdə saxta ittiham elan etməklə, barəmdə 03 aylıq həbs qərarı seçilməsinə müvəffəq olmuşdur. Və bununlada Azərbaycan Respublikasının 64-cü, CPM-in 34-cü maddələrini (heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz) sahibsiz ruhların dalaşdığı qəbiristanlıqda leş olaraq dəfn edilmişdir.

 3. Ölkənin məhkəmə hüquq sistemini şəxsi ehtiras hisslərinin təminat üsulu olaraq istifadə və istismar edən harın-heyvərə çetenin marionetkalarından biri-banditizmin sabiq əməkdaşı, tikinti maqnatı, "AMAY" ticarət mərkəzinin mühafizəçisi, "Omar" atçılıq klubunun prezidenti Zeynalov Natiq Mütəllim oğludur. Natiq Zeynalovla realda ilk dəfə 23.04.2024-cü il tarixdə BMCMİ-də (banditizm) müstəntiq Ramil Məmmədovun kabinetinin girişində üz-üzə gəldik. Bu görüş 2 dəqiqə səkdi və o, bildirdi ki, "Mən işverən deyiləm. Zəng edib dedilər ki, banditizm idarəsinə get və müstəntiq Ramil Məmmədovla görüş. Müstəntiq R.Məmmədov soruşdu ki, zəng edən kim idi?- cavab verdi ki, generaldır, ancaq adını deyə bilmərəm." İfadələr qondarma "ittiham aktı"ndada öz əksini tapmışdır. 2 dəqiqəlik ayaqüstü danışıqdan sonra, barəmdə heç bir istintaq hərəkətləri olmasada,5 aydan sonra 16 sentyabr 2024-cü il tarixdə CM-in 182.2-ci maddəsi üzrə yeni ittiham verilmişdi.

  İftiranaməyə əsasən,Natiq Zeynalovun barəsində İdeal mediada getmiş tənqidi materiala görə ,,Omar” atçılıq klubunun ofisində görüşüb, 10.000 manat veribmiş!? Müstəntiqin tərtib etdiyi yekun ,,arayış”a

(Məhkəmə iclas protokolu, səhifə 72) əsasən,

1. Cinayət işində maddi sübut yoxdur.

2. Mənə məxsus mobil telefonu operotorlarından ,,zərərçəkmiş-şahidlərdə” hər hansı telefon əlaqəsi aşkarlanmamışdır. 

3. İddia olunan yazı materialları mövcud deyil.

4. Təhlükəsizlik kamerasında heç bir görüntü mövcud deyil 

5.  ,,Omar” atçılıq klubunu mühafizə edən polis və mülki şəxslərin heç bir, işçiləri ona məxsus ofisdə olmağımla bağlı hər hansı bilgiləri, yaddaşları yoxdur.

  İbtidai istintaq dönəmində status-kvo banditizm olsada, Məhkəmə prosesində bu tip bleflərlə bağlı suallarımız Natiq Zeynalovu aşırı ifşa etdi. Suallar:

1.  2023-cü ilin sentyabr ayında ,,Omar” atçılıq klubunun ofisində 10.000 (on min) manat alınıbsa, Niyə? 7 aydan sonra, yəni 23.04.2024-cü il tarixdə şikayət edirdi? 

2. Olubsa, kamera görüntülərini təqdim etsin. 

3.  Barəsində İdeal Media saytında getmiş tənqidi materialları təqdim etsin... və.s,

  Əsası olmuyan yalanları necə təqdim edə bilərdi ki...

  Lakin, de-fakto, de-yure Abşeron rayon Məhkəməsində Hakimlər-1. Məmmədov Elman Tofiq oğlu. 14.11.2022-ci il tarixli, 

  № (012)-555/2022 saylı ,,qərardad”; 2. Səfiyeva Cəmilə İbrahim qızı. 12.05.2023-cü il tarixli, iş №2(012)-1111/2023 saylı ,,Qətnamə” mövcuddur.

  Bununla yanaşı Natiq Zeynalovun Məhkəmədə verdiyi ifadələr, yazılı göndərdiyi müraciətlər bütün vicdanlı və namuslu İnsanlar üçün vicdan tənəsidir. 

(Məhkəmə iclas protokolu,səhifə 229; 10 yanvar 2025-ci il)

  ,,Nazim Quliyevdən heç bir şikayətim və tələbim yoxdur və gələcəkdədə olmayacaq” 

(Məhkəmə iclas protokolu, Səhifə 232)

  ,,Ümumiyyətlə mən BMCMİ-də (banditizm) izahat verəndə bilmirdim belə yerlərə gəlib çatacaq.İzahatımı dəyişmək mümkündürsə mən dəyişərəm” 

(Məhkəmə iclas protokolu, səhifə 233)

  ,,Mənim təqsirləndirilən şəxsdən şikayətim və tələbim yoxdur”

  Rüsvayçılıqlar analogiyasının tərkib hissələrindən biridə, müstəntiq Ramil Məmmədovun tərtib etdiyi ,, ittiham aktı”nda Natiq Zeynalovla digər canlı varlıq İftixar Həsənov epizodlarında hərif və durğu işarələrinin belə kserosurət olmasıdır.

4.  Həsənov İftixar Gülməmməd oğlu və həyat yoldaşı Həsənova Məleykə Fazil qızının Məhkəmədəki ifadələri: ,,Nazim Quliyev i ilk dəfədir ki, burada Məhkəmədə görürük.Real həyatda üz-üzə gəlməmişik, tanış deyilik, telefon danışığımız olmayıb.Tik-Tok sosial sosial şəbəkə arvadım-16 saylı şəhər poliklinikasında tibb bacısı işləyən Məleykə barəsində material getdiyi barədə məlumat aldıqdan sonra,Yasamal rayonu 26-cı Polis bölməsinə şikayət etdik. Polisdə bizi lağa qoyub doladılar, məndə əsəbiləşib çekləri cırıb -atdım”

(Məhkəmə iclas protokolu, səhifə 198.) 

,,Gecə mənə BMCMİ-dən (banditizm) Zabil adlı şəxs zəng etdi və dedi ki, Nazim Quliyev pulu verməyə razılıq verdiyini, üzləşmə olacağını, bununlada işin bitəcəyini dedilər. 

(Məhkəmə iclas protokolu , səhifə 200.) 

,,Nazim Quliyevin bu işi etdiyini mən müəyyənləşdirməmişəm, BMCMİ-də bunu Mənə dedilər ki, sayt bu adama məxsusdur” 

(Məhkəmə iclas protokolu, səhifə 371)

  22 mart 2024-cü il, Bakı şəhəri, Yasamal rayon Polis idarəsi 26-cı PB-si.Cinayət işinin başlanılması rədd edilmişdir.Məlum olmuşdur ki, Məleykə Həsənova və oğlu Kənan Həsənov barəsindəki video ,,Unikal.org”  saytında yayımlanmışdı”

  Məhkəmədə ifadə verən Məleykə Həsənova 16 saylı şəhər poliklinikasında tibb bacısı işlədiyini və 450 manat məvacib aldığını ,əri və oğlunun işsiz olduğunu bildirdi. 450 manata 2 ədəd kişi saxlayan Məleykə necə ola bilir ki, 7.000 manat tapıb üzünü görmədiyi, telefon danışığı olmadığı, hansı bank kartından hansına hansı terminaldan köçürdüyünü bilmədiyi, çekini belə cırıb atdığı şərin sifətləri hansı hüquqla, hansı qanunla Mənim ,,günahkar” olduğumu təsbit edib?! 

  Dövlət içində öz mənfur dövlətini qurmuş çetenin bir Vətəndaşa, Jurnalistə , Hüquqşunasa, Qarabağ Müharibə Veteranına qarşı apardığı namərd müharibəsi bununla bitmir. 

5. Polis qeydiyyatında asılı saxlanılan (suraxanı rayonu,Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi , ev 40 mənzil 18 ; Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, AAAF park yaşayış kompleksi ev 1, mənzil 19) , Şəhid ailələrinə, sadə vətəndaşlara 500.000 (beş yüz min) manatdan artıq dələduzluq cinayətləri törətdiyinə görə ARCM-in 178.3.2-ci maddəsilə həbs edildikdən 6 ay 15 gün sonra, məni şərləmək şərtilə ev dustaqlığına buraxılmış İlyasova İlahə Rasim qızı 1947-ci il təvəllüdlü anası Həmidova Minayə şəfi qızına yazdırıblar ki, onların polisdəki cinayət işlərini həll etmək məqsədilə 20.000 manat ,,almışam”? 

  Pulun alınıb-verilməsi ilə bağlı verilmiş kazuslar. 

  İttiham aktında yazılıb: ,,Pul verilərkən Nazim Quliyev ofisdə tək almışdır”

  Məhkəmədə ifadə verərkən: ,,Pul verilərkən Nazim Quliyevdən başqa ofisdə 2 nəfər olmuşdur”

  Şahid qismində ifadə verən anası Minayə Həmidova: ,, 20.000 manatı qızım İlahə Nazim Quliyevə verəndə Mən onların yanında olmuşam.İstintaqdada belə ifadə vermişik; 

(Məhkəmə iclas protokolu, səh 373)

  2022-2023-cü il tarixlərdə İlahə İlyasova Azərbaycanın Polis sistemini aşağılayacı söyüşlərlə təhqir etdiyi bir vaxtda (söyüş diski məhkəməyə təqdim edilmişdir. Səhifə 402) Xural tv, Laf tv, Hürriyyət tv youtube kanallarında canlı yayımlarda Mənimdə əleyhimə danışarkən iddia etdiyin 20.000 manat barəsində Niyə danışmırdın? sualına, danışmışam cavabını verərəkən, həmin çıxışdarın məhkəməyə təqdim edilməsini hakim Cavid Hüseynov tələb etsədə, Məhkəməyə təqdim edilmədi. 

   Dələduz İlahə İlyasova 2022-ci ilin Noyabr ayının 1-də ad günümü hansı münasibətlə təbrik edirdi?! 

(Məhkəmə iclas protokolu, səhifə 374)

  ,,sonuncu dəfə 01.11.2022-ci il tarixdə Nazim Quliyevin ad günündə Xətai rayonu, Y.Səfərov 25 ünvanında yerləşən ofisinə tort aparmışdıq”

   Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə Məhkəmə prorsesleri ,,zərərçəkmiş və şahidlər”-in ifşası ilə davam etdirilərkən ümid edirdim ki, torpaqlarımız işğaldan azad edildikdən sonra, ərazi bütövlüyümüz tam təmin edildiyi kimi, sözün tam mənasında hüquqi dövlətə çevrilirik, siyasi məhkəmə qərarlarına, şəxsi korporativ maraqlara görə şərləmələrə, yükləmələrə nəhayət ki, son verilər!? 

   İstər ,,ittiham aktı”nda yazılanlar, istərsədə Məhkəmə iclas protokollarında aparılan qeydlər şər-böhtanın iflasına ifşasına əsas versədə, hakim Cavid Hüseynovun ,,zərərçəkmiş-şahid” kolleksiyasının absurd bleflərinin əlvanlığından sövq təbii əsəbləşərkən (,,yazdıqlarınızı oxumamısız; qadınsınız tərbiyəsizlik etməyin; hamısı şəkər xəstəliyinə tutulur bura gələndə: camaatı şərləməyin... və.s) işlətdiyi ifadələrdə yanaşı 1 dəfə də olsun belə mənə qarşı hər hansı suçu yanıtmadılar, əksinə (,,inşəAllah bəraət alarsız; ibtidai istintaq zamanı söylədiklərinizlə Məhkəmədə verdiyiniz ifadələr arasında zərrə qədər ziddiyət yoxdur; aşkar faktın sübuta ehtiyacı yoxdur; konvoylar belə bu işin başdan ayağa iftira şər-böhtan olduğunu bildiyi halda biz bilmirik... və.s)

  Prokuror Vüsal Mehrəliyevə vəkilin Niyə sual vermirsiz? sualına cavabı-nə sualı verim, hər şey göz önündədir.Allah bunları biabır etsin demələrinin ardınca, Ədalətin bərqərar olunacağı ünvanın xəyanət yuvasına çevrilməsi, hakimin əynindəki mantiyanı amoralizmin, anarxizmin, Banditizmin yataq dəstəsinə çevirməsi mənzərəsi olduqca çox üzücüdür.

  Dövlətə, dövlətçiliyə xidmət, sədaqət günahsız İnsanı şərləmək, azadlığını oğurlamaqdırsa, bu işin öhdəsindən Polis çox məharətlə gəlməyi bacarır.Tutsun, şərləsin, yükləsin, razılaşmayınıda zərərləşdirsin.

  Mənasız, süründürməçi Məhkəmə teatrları, mantiyalı artistlər, istintaq təcridxanaları nəyə, kimə lazımdır? Dövlət büdcəsinin bu qədər yağmurlanması israfçılıqdır.

Möhtərəm cənab Prezident ! 

  Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi uğrunda döyüşçü Vətəndaş kimi məsuliyyətlə bəyan edirəm ki, bu günə kimi Məni girov götürən, azadlığımı oğurlayan, onlara kərtənkələ stimulu verən qanun və namus alverçilərinin nə özləri, nədəki haramzadə sülaləsinin üzvlərindən bir kimsə Mənim qədər öz dövlətini, vətənini, Xalqını sevməyib, sevədə bilməz ! 

  Kimin, kimlərin hansı çəlləkdə qıcqırmasından asılı olmayaraq əqidəmə sadiqəm və çox qürurluyam ! 

  Dünənin ,,müxalifəti”, bu günün ,,iqtidarı” deyiləm və olmayacam.

   İdeal qəzeti, sosial mediada etdiyim çıxışlarımın hamısı Milli-siyası kimliyimin özüdür. 

   Ailəm, övladlarım, valideynlərim, sevənlərim Mənə görə illərdir ki, sınaq qarşısındadır ! 

   Ailəsinə başçılıq, övladlarına atalıq, valideynlərinə övladlıq edə bilməyən xain-oğru-quldur-qanun-insan-namus alverçiləri illərdir ki, taleyimlə oynayır, azadlığımı oğurlamaqla məşğuldurlar ! 

   Dövlətimizə, dövlətçilik İdeallarına xəyanət etməklə, İnsanlığa çamur atma kompaniyasına ruporluq etməkdədirlər. 

  Bu konteksdə, Azərbaycan Respublikası Konstitusiyasının 7-8-12-24-25-26-28-31-32-46-47-57-60-63-64-68-71-125-127-147-149-cu maddələrini rəhbər tutaraq, Bakı şəhəri 23 saylı tam orta məktəbin inzibati binasının 2-ci mərtəbəsindəki ofisdə Dövlətimizə, Qanunlarımıza, İnsanlığa qarşı törədilmiş qırmızı cinayətlərin ssenari müəllifləri, icraçıları barədə Qalib dövlətin Ali Baş Komandanı olaraq Ali iradə sərgilməyi sizdən Xahiş edirəm!


İstifadəçi paneli