Oxşar xəbərlər
Rusiyanın Vnukovo qəsəbəsində yerləşən Çoxfunksiyalı Mərkəzin binasında terror xarakterli təhdidlərlə bağlı qeyd tapılıb.
As Media xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs qeydi masanın üzərinə qoyub: “Mən terrorçuyam, buranı tərk edin, əks halda sağ qala bilməyəcəksiniz”.
Vurğulanıb ki, hadisə yerində polis əməkdaşları işləyir, insanlar binadan təxliyə edilib.