Araikin müsahibəsi buna görə yayımlanmadı

29-03-2024, 18:38

Erməni ekspert Artur Ambartsumyan Bakıda həbsdə olan separatçı Araik Arutyunyanın müsahibəsinin yayımlanmaması barədə sensasion iddia səsləndirib.

As Media xəbər verir ki, o, bunu Ermənistan hakimiyyətinin hansısa güzəştə getməsi ilə əlaqələndirib.

Ambartsumyanın fikrincə, rəsmi İrəvan Araikin müsahibədəki etiraflarının beynəlxalq aləmə yayılmasından, Ermənistana problem yaratmasından ehtiyat edib və hansısa güzəştlərə gedib. Əvəzində isə Bakıdan Araikin müsahibəsinin yayımlanmamasını xahiş edib.

Qeyd edək ki, Artur Ambartsumyanın bu iddiası bəzi erməni eksperləri tərəfindən təkzib edilib.


İstifadəçi paneli