İsrail vurub, dağıdıb, İran Bakıya qışqırır? Nə istəyir?

2-04-2024, 18:11

Aprelin 1-də İsrailin İranın Dəməşqdəki konsulluq binasını yerlə-yeksan etməsi və SEPAH-ın iki general və 5 yüksək rütbəli zabitini, o cümlədən diplomatlarını öldürməsinə cavab verməyə cəsarəti çatmayan İranın heç bir aidiyyəti olmadığı halda Azərbaycana qarşı absurd iddiaları davam edir.

As Media xəbər verir ki, az öncə iranlı deputat Kuçi (Cəlal Rəşidi) Bakıdakı İsrail səfirliyinin hədəf alınmasını “ən yaxşı variant” adlandırmışdı.

Bunun ardınca isə SEPAH-a məxsus Teleqram kanalı Azərbaycana qarşı növbəti avantürist paylaşım edib.

Azərbaycan Respublikasını yenə də aşağılayaraq, “Bakı Respublikası” adlandıran kanal yazıb:

“Göründüyü kimi, İranın Dəməşqdəki səfirliyinə hücum üçün İsrail ilə “Bakı Respublikası” arasında gizli koordinasiya olub.

Dəməşqin qisasını almaq üçün uzağa getməyə ehtiyac yoxdur, İsrailin dinləmə və casusluq bazaları bizim yanımızda, İran sərhədindən bir neçə kilometr aralıda, Zəngilanda yerləşir”.

İranda heç bir deputat, politoloq və xüsusilə rəsmi orqanların adından çıxış edən sosial media kanallarının müstəqil olmadığı artıq hər kəsə bəllidir. Bu baxımdan İran tərəfdən səslənən bu bəyanatlar İsraildən qorxan İranın aldığı inanılmaz zərbənin qisasını zəif bildiyi qonşularından çıxmaq istəməsi ehtimalını gündəmə gətirir.

İsrail F-35 qırıcısından və dəqiq idarəolunan raketdən istifadə edib. Əslində İsrailin İran və Kanada səfirliyinin düz ortasında yerləşən və həmin vaxt SEPAH zabitlərinin olduğu binanı yerlə-yeksan etməklə Tehrana sensasion mesaj verdi: ən dəqiq, metrinə qədər hesablanan zərbə vurmaq imkanına malikdir.



İstifadəçi paneli