Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb.
As Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, 1969-cu il təvəllüdlü Polad Alış oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Əhliman oğlu Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Elnur oğlu Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
"AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!", - məlumatda qeyd olunub.