ABŞ-da fövqəladə vəziyyət elan edildi

14-03-2020, 20:07

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlarda təsiri artan Kovid-19 epidemiyası ilə əlaqədar Ağ Evdə mətbuat konfransı keçirib. 
 Asmedia.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp koronavirusun yeni növü (Kovid-19) səbəbiylə ölkə daxilində "fövqəladə vəziyyət" elan etdiklərini və virusla mübarizə üçün 50 milyard dollar büdcə ayırdıqlarını bildirib. 
 ABŞ-ın erkən tədbirlər səbəbiylə virusun daha da yayılmasının qarşısını aldığını iddia edən Donald Tramp, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) virusun yeni böhran mərkəzinin Avropa olduğuna işarə edib. 




İstifadəçi paneli