Yenidən deputatlığa namizəddir?

6-01-2020, 10:17

Daha bir bitərəf deputat fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
 
Belə ki, beşinci çağırış Milli Məclisin deputatı olmuş Mahir Aslanov seçkilərdə iştirakdan imtina edib.
 
Asmedia.az Demokrat.az-a istinadən bildirir ki, bu barədə Modern.az-a 96 saylı Goranboy - Naftalan seçki dairəsinin sədri Arif Abbasov məlumat verib.
 
DSK sədri budəfəki seçkilərdə Mahir Aslanovun yerinə səlahiyyətli nümayəndəsinin imzatoplama sənədlərini gətirib təhvil verməsinə də münasibət bildirib:
 
 “Mahir Aslanov deputatlığa namizədliyini irəli sürməyib.  Həmçinin, onun səlahiyyətli nümayəndəsi də sənədlərini gətirib DSK-ya verməyib. Deyilən sözlər yalandır”.
 
Arif Abbasovun sözlərinə görə, indiyə kimi 15 nəfər deputatlığa namizədliyini irəli sürüb:
 
“Yalnız 2 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.
 
Qeyd edək ki, Mahir Aslanov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub.
 
Mahir Aslanov heç bir partiyanın üzvü deyil, bitərəfdir.


İstifadəçi paneli