Blinken: Bayden doğru qərar verdi

14-09-2021, 13:14

“ABŞ-ın Əfqanıstanda qalacağı təqdirdə ölkədə sabitliyin bərpa olunacağına dair sübut yoxdur”.

ASmedia.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken belə açıqlama verib. Konqresdə senatorların suallarını cavablandıran diplomat Əfqanıstandan çəkilməyin doğru qərar olduğunu ifadə edib. Onun sözlərinə görə, ABŞ hərbçilərinin Əfqanıstandan çıxması qərarını keçmiş prezident Donald Tramp verib. “Tramp ABŞ-ın mayın 1-də Əfqanıstandan çıxacağına razılaşmışdı.

Lakin Bayden bu vaxtı uzadaraq doğru qərar verdi” - deyə Blinken qeyd edib.


İstifadəçi paneli