Fəlakət vəziyyətindəyik, Qarabağ itirilir

11-06-2020, 19:13

Nikol Paşinyan hakimiyyət sükanı arxasında qalmaq üçün özünün yeganə aləti repressiyalara, yeni siyasi həbslərə güvənir.
ASMEDİA.AZ xəbər verir ki, bunu “168 Jam”a açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının İcraiyyə orqanının üzvü Eduard Şarmazanov deyib.
“Koronavirus Ermənistana müharibə elan edəndən hakimiyyət epidemiya ilə mübarizə əvəzinə müxalifətlə mübarizə aparır. Baş nazir Paşinyan “Bir neçə qüvvə hökumətə qarşı kampaniya aparılması üçün koronavirusdan istifadə edir” deməklə yalan danışır. Məhz hakimiyyət pandemiyanı istifadə edir ki, öz kreslosunu qoruyub saxlasın. Koronavirusla mübarizəni uduzandan sonra baş nazir vəzifəsini tutan insanın müxalifətə müharibə elan etməsi utancvericidir. İqtisadiyyat fəlakətli vəziyyətdədir, insanların sosial vəziyyəti yaxşılaşmayıb, Qarabağ problemində isə Ermənistan üçün təhlükəli və dağıdıcı hadisələr baş verir. İrəvan Qarabağı itirir”, – deyə o bildirib.


İstifadəçi paneli