Bu gün naməlum şəxslər keçmiş Müdafiə naziri Rəhim Qazıyevə xəsarət yetirib.
ASMEDİA.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.
Fotolarda R.Qazıyevin ciddi xəsarət aldığı görünür. Onun hansı səbəbdən döyülməsi ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Qeyd edək ki, bir neçə ay bundan öncə Rəhim Qazıyevi keçmiş kürəkəni Ramil Əzizov da döymüşdü. Rəhim Qazıyevin keçmiş kürəkəni hadisədən dərhal sonra həbs edilmişdi.
***
Rəhim Qazıyevin xəsarət alması ilə nəticələnən faktla bağlı CM-nin 221.1-ci maddəsi ilə Yasamal RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a bildirib ki, faktı törətməkdə şübhəli şəxs var:
“Hazırda araşdırmalar davam etdirilir”.