AZADLIQ HAQQIMI TANITDIRIN,RÜŞVƏTDƏN BAŞQASINI TANIMAYANLARA...

20-09-2020, 11:30

HAKİM ARVADINI QƏTLƏ YETİRƏN İDEALDAN KÖMƏK İSTƏDİ....
Penitensiar Xidmətin 11 saylı C.C.M-də cəza çəkən Rzayev Babək Fəxrəddin oğlu İDEAL MEDİA GROUP-a "Müraciət" ünvanlamışdır:
Müraciəti xırda ixtisarlarla diqqətinizə çatdırırıq.
İqtisad məhkəməsinin hakimi vəzifəsində işləmiş həyat yoldaşım Əsgərova Solmaz Atamalı qızını qısqanclıq zəmnində qətlə yetirdiyimə görə,Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 avqust 2006-cı il tarixli, İş A-0710/2006 saylı "Hökm"ü ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm.
Cəzamın bitməsinə 03 ay qalıb.
Tələb olunan 5000 manat rüşvəti ödəyə bilmədiyimdən "kalendar" oturmağa məhkumam.
 Həbs edilməyənədək Xalq artisti Zeynəb Xanlarovanın ansamblında bir müddət zərb alətlərinin ifaçısı olmuşam.
Həbs edildikdən sonra,11 saylı C.Ç.M-də keçmiş rəis,Ədliyyə Polkovniki Fikrət Qafarov tərəfindən yaradılmış "HƏKƏRİ" ansamblının bədii rəhbəri olaraq bayram tədbirləri və digər əlamətdar günlərdə məhkumlara xoş istirahət bəxş etsəkdə,
hazır ki,rəis Vəli Şirinov və onun rüşvətxor ansanblı hər şeyi darbadağın etdi və biz musiqiçilərin otağını 10.000 manata Şəriki olduğu narkotacirlərə satdı.
Pis vərdişim,cinayətkar aləmlə heç bir əlaqəm olmasada qanunçuluğun Mənə olan münasibəti rüşvət verə bilmədiyimdən tanınmır.
Keçmiş 6 saylı C.Ç.M-nin rəisi Elman Əlişirovun yeznəsi, İlqar Mirzəyev 11 saylı C.Ç.M-də sauna,kafe işlətməklə yanaşı dini ekstrimizmin təbliğinə həsr edilmiş kitabların,dini ətirlərin,insan hüquqlarının alverilə məşğul olmaqdadır!
Rəisin tərbiyyə işləri üzrə müavini,3 saylı Şüvəlan istintaq təcridxanasının rəisi  Cəlil Əliyevin qaynı,Misir Əliyevin yeznəsi  Faiq Qarayev məhkumların bir aylıq azadlıq haqqını 500-1000 manata,"poşereniya"nı 200-400 manata və.s satır...
İstehsalat adlanan hissədə istixanadan başlamış,donuzçuluğun inkişafına kimi hər bir iş məhkumların istismarı ilə həyata keçirilir.
Bir nəfər məhkumun yataq çarpayısının minimum qiyməti 500 manatdan start verildiyi halda,3 mərtəbə bina bütövlükdə kafe,bliyardnı,qumarxana,porno kabinet kimi zabitlər tərəfindən idarə edilməkdədir.
Narkoman olmayan Şəxslər belə 11 saylı bazarda "zloy" narkoman olmağa məhkumdur və bu penitensiar "islahatların" tərkib hissəsidir...
Görüş otağıının idarə edilməsi Rafiq İbrahimov adlı ədliyyə gizirinin monopoliyasındadır və pulu olan istənilən məhkum özünü 5 ulduzlu oteldə hiss edir...
Baş verənləri yazmaq ifadə etmək istəyən istənilən Şəxs əvvəlcə özünə karserdə fiziki işgəncəyə,başqa zona etap edilməyə,şərlənməyə hazır etməlidir və bu cür presedent yüzlərlədir.
Rəis Vəli Şirinovun iddiasına görə hər ay 350.000 yığılan puldan ona çatanı çox azdır.
Hörmətli İDEALÇILAR  milyonlar kimi,məndə Sizə çox inanıram və bilirəm ki,Məni əsla tək buraxmassız.
14 il 9 aydır ki, zindan həyatı yaşayıram.
3 ay qalıb cəzamın bitməsinə.
Azadlıq haqqımı,hüquqlarımı tanıtdırın,rüşvətdən başqasını tanımayanlara... 
Qarşı tərəfin mövqeyi dinləməyə hazırız.
Ardı var...


İstifadəçi paneli