İrəvanda etirazçılar yolu bağlamağa cəhd edir

9-12-2020, 16:23

Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar İrəvanın Məsnikyan prospektini bağlamağa çalışıblar.
İdealmedia.az xəbər verir ki, aksiya iştirakçıları yolun bir hissəsini bir neçə dəqiqəlik bağlaya biliblər, lakin polis əməkdaşları onların qarşısını alıb.
Eyni cəhdlər İrəvanın digər küçələrində də təkrarlanıb.
Müxalifət 16:00-a parlamentin qarşısına mitinq təyin edib. Artıq parlament önünə çoxsaylı polislər gətirilib.
Qeyd edək ki, dünəndən etibarən Ermənistan müxalifəti Paşinyana qarşı aksiyalarda onun öz üslubundan istifadəyə – nəqliyyatın hərəkətinin iflic edilməsi, yolların bağlanmasına cəhd etsə də, saylarının azlığı səbəbindən buna nail ola bilmirlər.


İstifadəçi paneli