SİFARİŞLİ QƏTLİN QARANLIQ HÜQUQU...
Konsentrik dairələrin alqı-satqı predmetinə çevirdiyi,heç bir hörmətə və nüfuza malik olmayan Azərbaycan Respublikası qanunlarında elə bir müddəa yoxdur ki ,Qanun kimisinə imtiyaz , kimisinə cəza nəzərdə tutsun!
Diskriminasiyasız hüquq mövcuddursa o zaman 6 yıldır ki ,qətlə yetirilmiş hərbiçi Telmanzadə Razimə qarşı törədilmiş cinayətin üstün niyə açılmır???
Maraqlı köstəbək (lər) kimdir?
8 aydır ki ,mənasız və absurd cavablar karuselindən usanmadımı prokurorluq orqanları?
Baş prokurorluq ,Bakı şəhər prokurorluğu eyni məzmunlu məntiqsiz və blef cavablarında baş üzv kimi milli və beynəlxalq hüququ təsdiq edə bilmir?!
O cinayətin üstü açılmır ki ,həmin cinayət işi geniş hakimiyyət resurslu çete tərəfindən törədilmiş olsun!
Bu cür cinayətlərin açılması üçün mütləq lazımdır ki,problemlər barədə məlumat sərhəddən kənarda müzakirə obyektinə çevrilsin.
Hacı Məmmədov , Akif Çovdarov vaqeəsi misalı...
Tragediyalar sseriyasına daxil olan elementlərdən birincisi budur ki , hərbiçi Razim Telmanzadəyə qarşı törədilmiş cinayət işi barədə qəbul edilmiş QƏRAR zərərçəkmiş tərəfə verilmir!
Prezidentin adına ünvanlanmış müraciətlər ümumi şöbədən yanlış ünvana ,yanlış adamın üzərinə taransfer edilir ki ,Vətəndaş hökumətin mahiyyətindən dərs çıxarsın!
Ermənilər tərəfindən Ölkəmizə qarşı törədilmiş cinayət işinə hüquqi qiyməti Azərbaycan Ordusu verdi!
Azərbaycan Vətəndaşına qarşı törədilmiş cinayətə hüquqi qiyməti KİM?, hansı dövlət təsisatı verməlidir?
Dövlət Vətən-daşın ortaq təsisatıdırsa NİYƏ? eyni sistemin daxilində istismar edən və edilən var????
Ardı var...