Bayraktar “WhatsApp”dan imtina etdi

10-01-2021, 11:41

“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Türkiyənin “Baykar” şirkətinin Baş direktoru Səlcuq Bayraktar “WhatsApp” mesajlaşma proqramından imtina etdiyini bildirib.

Bununla bağlı o “Twitter” sosial şəbəkəsindəki hesabından məlumat yayıb.
Bayraktar bildirib ki, buna səbəb proqramın yeni təhlükəsizlik qaydalarıdır.


İstifadəçi paneli