Renka: “Artıq gözləməkdən bezmişəm...”

11-01-2021, 18:27

Tanınmış rəqqasə Renka (Rəna Ağamuradova) ötən ilin ona uğur gətirmədiyini və bu ildən də ümidini itirdiyini bildirib:

“Mənim üçün çox çətin il oldu. Əvvəl tədbirlər, toylar qadağan olundu. Sonra ailəlikcə koronavirusa yoluxduq. Atamı itirdim, xəstəliyi ağır keçirdim. Atamın yoxluğuna alışa bilmirəm. Bu illər nə qədər gözəl gəlsə də, onu geri qaytarmayacaq, yoxluğunu daim hiss edəcəyik. Amma həyat davam edir. Övladlarıma görə yaşamalıyam. Pandemiya müddətində maddi sıxıntılar yaşadım. Amma bu günümə şükür edirəm. Çünki həmişə kənara pul toplamışam. Bizi öyrədiblər ki, qara gününüzə pul yığın. Karantin müddətində boş oturmadım. Kiçik kofe evi açdım. Hələ ki, öyrəşməyə, işi otuzdurmağa çalışıram”.

Toyların martda başlamasına gəldikdə isə rəqqasə bildirdi ki, yenidən əvvəlki şəraitin yaranmasına inamı qalmayıb: “Artıq gözləməkdən bezmişəm. Heç nəyə ümid etmirəm”.


İstifadəçi paneli