Şəhid Mirmöhsüm Əhmədovun doğum günü yad edildi

23-01-2021, 11:35

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Neftçala nümayəndəliyinin əməkdaşı, üzvləri və Gənc Könüllüləri Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Mirmöhsüm Əhmədovun doğum günündə onun məzarını ziyarət edib, ailəsi ilə görüşüblər.

O, Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək bir çox erməni əsgərlərini məhv etmiş və şəhidlik zirvəsinə yüksəlmişdİr. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə"medalı və "Xocavəndin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Görüş zamanı şəhidimizin ailəsi onun uşaqlıq illərindən, hərbi xidmətdə olduğu dövrlərdən və keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Azərbaycanın qəhrəman şəhidləri, bu günümüzə görə sizlərə borcluyuq!


İstifadəçi paneli