Meksikalı gənc MÖHTƏŞƏM 3D rəsmlər ÇƏKİR

2-02-2021, 17:53

Meksikanın Qvadalahara şəhərindən olan 31 yaşlı rəssam Karlos Alberto 3D rəsmlər ustasıdır.
Bu barədə "Oddity Central" yazır.
Üç ölçülü illüziya sənətinə ustalıqla yiyələnən Albertonun qrafitiləri müəyyən rakursdan baxdıqda sanki "canlanır".

Onun küçələri bəzəyən əsərləri üç ölçülü olmaqdan əlavə, sanki hərəkət edir, yaxud havada donub qalırlar.
Rəssam daha çox divarlardan "uçub çıxan" quşları və yollarda "gəzən" heyvanları təsvir edir.
Daha öncə o, restovrator olub və arxeoloqlarla birlikdə Maya abidələrinin yenidən qurulması üzərində işləyib. Hazırda isə Karlos bütün vaxtını küçə sənətinə həsr edir.


İstifadəçi paneli