İcra başçısının narkotika islahatları...
Qubadlı Rayon İcra Hakimiyyəti Başçısı İsakov (İskəndərov) Malik Xızır oğlunun qardaşı oğlu İskəndərov Elçin Elman oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə təqsirli hesab edilərək həbs edilib.
Fakt deməyə əsas verir ki, Ölkəmizdə narkomafiyaya qarşı aparılan mübarizə təqdirəlayiqdir və məmur övladları üçün xüsusi imtiyaz hallarına yer verilmir.
Nəzərə alsaq ki,İcra Başçısının həbs olunan qardaşı oğlu Elçin İskəndərovun bibisi Nərminə İskəndərova Bakı Şəhəri İcra Hakimiyyətində önəmli söz sahibi olub və onun iradəsindən kənar göydələnlərin inşaası üçün hər hansı qərar verilməyib.
Təəssüflər olsun ki, cəmiyyətimizə "nümunə" göstərilən, "ağsaqqal-ağbirçək" rolunda təqdim edilməyə cəhd edilən İskəndərovların əslində görünməyən pis tərəflərindən ən yaxşı halları budur və bununla bağlı geniş materiallarla yaxın saylarımızda tanış olacaqsınız.
Sumqayıt Şəhərində anasının adına ("Sabira") düzləndirdiyi gözəllik salonları,super marketlər,bazarlar və.s, Malik İsakovun siyasi kimliyini ortaya qoyan amillərdəndir.
Cənab İsakovun son aylar qazanc sferalarına daxil olan kazuslardan biridə,Qubadlı Rayonuna getmək istəyən dəxilsiz adamlara satdığı "lisenziya"dır.
Hazırda Qubadlının Polis rəisilə aralarında yaşanan gizli və aşkar müharibənin elementlərindən biridə məhz budur.
Malik İsakovun həyata keçirdiyi qohum-tayfabazlıq siyasəti məticəsində orta məktəblərə müəllim-şagird qəbulu prinsipi inhisarındakı "Ballı" bazarından geri qalmır.
Qarşı tərəf mövqeyini bildirməkdə azaddır.
Lalə Əlizadə