Putinin sağlamlıq durumu açıqlandı

17-09-2021, 15:37

Rusiya Prezidntinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
 
“Ria Novosti”yə istinadən xəbər verir ki, Pespovun sözlərinə görə, Vladimir Putin sentyabrın 14-də əvvəllər COVID-19 xəstəliyi olmuş bir məmurla canlı təmas qurduğuna görə özünü təcrid rejiminə keçib.
 
O, Rusiya liderinin tamamilə sağlam olduğunu vurğulayıb. Putinin özünü təcrid rejimindən nə vaxt çıxacağı açıqlanmayıb. 
 
Rəsmi məlumata görə, Vladimir Putin Rusiya istehsalı olan "Sputnik V" vaksini vurdurub.


İstifadəçi paneli