Xırdalanda qanunsuz tikili söküldü

27-12-2023, 10:14

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.

Bu barədə ASmedia-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.


İstifadəçi paneli