Prezidentin köməkçisi: "Təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"

2-10-2020, 18:31

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.
asmedia.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb:
“Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir. Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.
Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.


İstifadəçi paneli