Millimizin futbolçusu Rusiyada evləndi

27-12-2019, 22:00

Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Aleksey İsayev subaylığın daşını atıb. Asmedia.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Katya adlı xanımla evlənib.
Cütlüyün nikah mərasimi Rusiyada baş tutub. 24 yaşlı yarımmüdafiəçi toy mərasiminə görə komandasına ölkə kubokunun 1/4 finalında "Neftçi"yə qarşı matçda kömək etməyib.
Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb və "Sumqayıt" yarımfinala adlayıb.


İstifadəçi paneli