ABŞ polisinin güllələyərək öldürdüyü afroamerikalının ailəsinə 20 milyon dollar təzminat ödəniləcək

29-09-2020, 09:02

ABŞ-ın Merilend ştatının Prins-Corc əyalətində yerli polis tərəfindən güllələnən 43 yaşlı afroamerikalı Villiam Qrinin ailəsinə hökumət tərəfindən 20 milyon dollar təzminat ödəniləcək.
asmedia.az  idealmedia.az-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Yerli hökumət nümayəndəsi Anjela Olsobruks bildirib ki, məhkəmə vəzifə səlahiyyətlərindən sui-istifadə edən polis barəsində ədalətli qərar qəbul edəcək.


İstifadəçi paneli