Nazim Quliyevin məhkəmə çıxışından

Dünən, 11:45

Nazim Quliyevin məhkəmə çıxışından – 10 aprel 2025-ci il

Mənə qarşı istifadə edilmiş, 1963-cü il təvəllüdlü Cəfərov İftixar Gülməmməd oğlunu anlayıram. Acdır, yemək axtarır. Özünün etiraf etdiyi kimi, özü və oğlu, 16 saylı şəhər poliklinikasında tibb bacısı işləyən, 450 manat maaş alan arvadı Məleykənin hesabına dolanırlar.

Lakin İftixara arxalıq edən nə istintaq, nə də ki siz, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov anlamırsınız ki, istifadə etdiyiniz Həsənovlar istər 241900264 saylı ittiham aktında, istərsə də burada, məhkəmə zalında etiraf edirlər ki, məni ilk dəfədir ki, görürlər, tanımırlar. Telefon danışığımız olmadığını özünüz elan edirsiniz. Pul köçürmələri ilə bağlı hər hansı bank kartı qəbzi mövcud deyil. Barələrində yayılmış videonun bizə aid olmadığı barədə Yasamal 26-cı PB-nin qərarını özləri məhkəməyə təqdim etdi.

Bütün qaranlıqlar aşkar edildiyi halda, mövcud ittihamı mənə hansı qanunvericiliklə verə bilərsiniz? Bunun bir adı var – faşizm.


İstifadəçi paneli