Oxşar xəbərlər
Yeni ilə çox az qalıb. İlin son gününü qeyd etmək üçün hazırlıqlara başlamaq lazımdır. Yeni il evdə keçirməyə hazırlaşanlara özəl bayram tarifimiz var.
Axşam.az-ın verəcəyi içki resepti ilə həm ləzzət alacaqsınız, həm də qonaqlarınızı ən yaxşı şəkildə qarşılamış olacaqsınız.
Tərkibi:
1 şüşə köpüklü şərab
1 şüşə vodka
1 ədəd meyvə siropu
1 düjün limon
1 düjün çiyələk dilimi
Hazırlanması:
Öncə köpüklü şərabı, vodkanı və meyvə siropunu qarışdırın. Daha sonra üstünə bir az isti su əlavə edin və limon qabıqları ilə çiyələk dilimlərini də stəkana atın. Soyumağını gözlədikdən sonra içərisinə buz atın və servis edin.