Oxşar xəbərlər
Türkiyədə ümumi dəyəri 457 milyon lirə (130 milyon 793 min 400 AZN) olan 4 ada və 1 yarımada internet üzərindən satışa çıxarılıb.
Amedia.az bildirir ki, “Qafqazinfo”nun “DHA”ya istinadən verdiyi xəbərə görə, adalardan 3-ü Egey və Qara dənizdə, 1 yarımada və 1 ada isə Bursanın Ulubat gölündədir.
Turizm və tikinti üçün əlverişli olan yarımada və adalarda tikililər də mövcuddur. Şəxsi mülkiyyətdə olan adaların bəzilərində turizm bölgələri, digərlərində yaşayış və qarışıq rayonlaşma icazələri var.