Aybəniz Haşımova kürəkəninin fotosunu paylaşdı

24-12-2019, 17:02

Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyevanın nişanından görüntülər paylaşıb.

Asmedia.az Axşam.az-a istinadən xəbər verir ki, şəkildə müğənninin qızı ilə yanaşı kürəkəni, bacısı Şahnaz Haşımova və qayınanası yer alıb.

Aybəniz paylaşımına bunları qeyd edib:

"Allah hamının balasını xoşbəxt eləsin. Amma yaman həyəcanlı məsələ imiş evlilik. Özü də söhbət övladdan gedirsə... O gündən yuxum qaçıb, xəbəriniz var? Allah başınıza gətirsin. Allah heç kimin övladını atdığı addımdan peşman etməsin, biz də içində. O gündən telefon susmur. Bütün dostlarım sevinir. Zəng vurub, Aybəniz sənin yanındayıq deyirlər. Nə qədər gözəldir dostların sənin üçün bu qədər sevinməsi".
Qeyd edək ki, Aynişan idman müəllimi Kənanla nişanlanıb.


İstifadəçi paneli