Əliyevlə Zelenski təkbətək görüşdü - Foto

17-12-2019, 15:47

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.  Asmedia.az  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.
Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçib.


İstifadəçi paneli