Sabaha hava proqnozu açıqlandı...

22-03-2020, 13:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mart ayının 23-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif  duman olacaq, şimal-şərq küləyi əsəcək. 
Havanın temperaturu  gecə 5-8° isti, gündüz  12-16° isti, Bakıda  gecə 6-8° isti, gündüz  13-15° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz  55-65 % olacaq.
Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman olacaq, şərq küləyi əsəcək. 
Havanın temperaturu  gecə 4-9° isti, gündüz  15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.


İstifadəçi paneli