Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

27-05-2020, 02:27

Son bir gündə Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 397 nəfərə çatıb. 

Bu gün COVID-19-a 948 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 158 762-ə çatıb.

Son 24 saatda koronavirusla bağlı 19 853 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 873 607-yə çatıb. Son bir gündə virusdan 1 492 nəfər sağalıb. 

Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 121 507  nəfər təşkil edir. 


İstifadəçi paneli