ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qalır

31-01-2020, 10:16

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Twitter” səhifəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə keçirilmiş ikigünlük görüşünə şərh verərək bəyan edib.

“ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə görüşdülər. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün qətiyyətli olaraq qalır”, - məlumatda deyilir.

Report


İstifadəçi paneli