Tehranda güclü partlayış baş verdi

11-09-2020, 21:41

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib.

asmedia.az-ın Tehran bürosunun məlumatına görə, bu gün qeydə alınan partlayış nəticəsində  30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.


İstifadəçi paneli