Oxşar xəbərlər
Rusiya Prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi veteranlarına Qələbə günü münasibətilə 75 min rubl (təxminən 2 min AZN) dəyərində birdəfəlik müavinət verəcək.
Asmedia.az Meduza.io-ya istinadən məlumat verib, Vladimir Putin bu barədə deyib:
“2020-ci ildə Qələbənin 75 illiyi tamam olur. Ona görə də biz bu tarixə uyğun yardım göstərəcəyik”.
Arxa cəbhədə xidmət edənlərə isə Putin 50 min rubl (1380 AZN) dəyərində müavinət ödəniləcəyini söyləyib.