Rusiyadakı erməni diasporu növbəti dəfə Azərbaycana qarşı təxribata hazırlaşır.
Asmedia.az apa-ya istinadən Moskva müxbirinin verdiyi məlumata görə, erməni
diasporu yanvarın 26-da paytaxtdakı "Pobeda" kinoteatrında əzəli Azərbaycan
torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun "tarixi Ermənistan"
torpağı olduğunu iddia edən "Sehirli Aran ölkəsi" ("Mistiçeskaya strana Aran")
adlı filmin nümayişini keçirməyə hazırlaşır.
Bununla əlaqədar Azərbaycan İcması filmin təxribat xarakterli olması və Rusiya
Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq
ideyalarını təbliğ etməsi ilə bağlı Moskva hökumətinə müraciət edib.
Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Moskva hökumətinin
Mədəniyyət Departamentinə ünvanlanan müraciətdə filminin nümayişindən
imtina edilməsinə çağırış edilib. Əks təqdirdə Rusiya Xarici İşlər Nazirliyinə