Böyük Çin Səddinə turistlərin girişi məhdudlaşdırılıb.

24-01-2020, 18:28

Böyük Çin Səddinin bir hissəsi koronavirusun yayılması səbəbindən turistlər üçün bağlanılıb.
Səddin Pekinə yaxın bəzi hissələri sabahdan etibarən bağlanacaq. Bu barədə Asmedia.az xəbər
verir ki,  həmçinin Lama daxil olmaqla məşhur məbədlərə və paytaxtın ən görkəmli yeri olan“Yasaq şəhər”ə
giriş məhdudlaşdırılıb. Çinin Mədəniyyət və Turizm Nazirliyi ölkə boyu və onun xaricində olan bütün
turları ləğv etmək barədə tapşırıqlar verib.
Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı

isə 26-ya çatıb.


İstifadəçi paneli