Rusiya Çinlə sərhədini bağlayır

30-01-2020, 19:19

Koronavirus epidemiyası ilə əlaqədar Rusiya Çinlə Uzaq Şərqdəki sərhədlərini bağlayır.
Asmedia.az TASS-a istinadən verdiyi xəbərə görə, bununla bağlı Rusiya Baş Naziri Mixail Mişustin sərəncam imzalayıb.
Baş Nazir hökumətin iclasında bildirib ki, koronaviriusun yayılmasının qarşısını almaq üçün atılan addımlar çərçivəsində bu qərar verilib və digər müvafiq tədbirlər barədə ictimaiyyət məlumatlandırılacaq.
Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 170-ə çatıb, hazırda 7711 nəfər isə bu virusun daşıyıcısına çevrilib. 
 


İstifadəçi paneli