Özbəkistan Çinə uçuşları dayandırdı

1-02-2020, 08:16

Özbəkistan fevralın 1-dən etibarən Çinə uçuşları dayandırıb. 
"Asmedia.az" RİA Novosti-yə istinadən xəbər verir ki, buna səbəb ölkədə yayılan koronavirusdur. Qeyd edilir ki, bununla bağlı hökumətin xüsusi komissiyasının qərarı var. 
Bildirilib ki, sözügedən komissiya yanvarın 29-u Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən yaradılıb. Komissiya üzvlərinə ölkədaxili və xarici situasiyanın öyrənilməsi, virusla bağlı vəziyyətə qiymət verilməsi tapşırılıb. 


İstifadəçi paneli