Çinə uçuşlarını dayandırdı

1-02-2020, 19:57

Avstraliyaya məxsus “Qantas Airways Limited” aviaşirkəti koronavirus səbəbi ilə Çinə uçuşları təxirə salıb.
"Asmedia.az"-“Reuters”in yaydığı xəbərə görə, xəbər verir  ki, hava yolu şirkəti uçuşları fevralın 9-dan dayandıracaq. Xəbərdə bildirilir ki, Avstraliya milli aviadaşıyıcısının Sidneydən Pekinə və Sidneydən Şanxaya birbaşa uçuşları martın 29-dək baş tutmayacaq.
Avstraliyadan Honkonqa edilən uçuşlarda dəyişiklik olmayacaq. Eyni zamanda, 9 fevral tarixinin nəzərdən keçiriləcəyi və müştərilərin tələbindən asılı olaraq, tarixin irəli çəkiləcəyinin mümkünlüyü bildirilib.
Aviaşirkət Sinqapur və ABŞ-ın materikdən Çinə uçan insanlar üçün ölkələrinə daxil olma qaydalarının sərtləşdirildiyini elan etməsindən sonra belə qərar verildiyini deyib.


İstifadəçi paneli