Oxşar xəbərlər
Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.
"Asmedia.az"- “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Filippindəki filialının “Twitter” səhifəsində yerləşdirilib.
Qeyd olunub ki, Uhan şəhərindən olan 44 yaşlı kişi 1 fevral tarixində vəfat edib.
Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV)
yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.