Yəməndə 40-a yaxın dinc sakin həlak olub

15-02-2020, 21:21

Səudiyyə Ərəbistanın hava qüvvələrinin zərbələri nəticəsində Yəmənin şimal-qərbindəki Əl-Cauf vilayətində 40-a yaxın dinc sakin həlak olub və ya yaralanıb. 
Asmedia.az "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hücuma məruz qalanlar cümə günü ərəb koalisiyasının husilər tərəfindən vurulmuş qırıcısının qalıqları ətrafına toplaşan insanlar olub.
Həlak olanlardan çoxu qadın və uşaqlardır. Zərərçəkənlər paytaxt Sanadakı hospitala yerləşdiriliblər. 
Qeyd edək ki, dünən Yəmənin şimalına nəzarət edən “Ənsar Alla” hərəkatı yer-hava tipli raketlə ərəb koalisiyasının qırıcısını vurduğunu bildirib. Lakin Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası hər hansı itki haqqında məlumat verməyib.


İstifadəçi paneli