Moskva aeroportlarında 20-yə yaxın reys təxirə salınıb və ya gecikir

17-11-2019, 22:31

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında təxminən 20 aviareys gecikir və ya təxirə salınıb.
Asmedia.az xəbər verir ki, Trend-in "Yandeks. Cədvəl" xidmətinə istinadən verdiyi məlumata görə, "Domodedovo" hava limanında 5 reys gecikir, 2-si isə təxirə salıınb.
"Vnukovo" hava limanında 7 reys gecikir, "Şeremetyevo"da isə 5 reys gecikir.
Aviareyslərin gecikməsi və təxirə salınmasının səbəbi barədə məlumat verilmir.


İstifadəçi paneli