Türkiyədə İslam dünyasının ən böyük kitabxanasının açılışı olub

22-02-2020, 19:59

Türkiyənin paytaxtı Ankarada İslam ölkələri arasında ən böyük kitabxananın açılışı olub. Asmedia.az
“İslamnews”-ə istinadən xəbər verir ki, kitabxana prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə inşa etdirilib.
İnşaat işlərinə 2016-cı ildə başlanılıb. Kitabxana eyni zamanda 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsərlər var.



İstifadəçi paneli